Taylanddakı legionerimiz: "Düzü, burada Ramil Şeydayev barədə heç nə danışmırlar"

14:35 - 3 Mart 2024

Azərbaycanlı futbolçu Məmməd Quliyevin Taylandın “Saraburi”dən ayrılması barədə xəbər vermişdik. 

Bununla bağlı Sportal.az saytına açıqlama verən Quliyev, hazırda klubsuz olsa belə, Taylandda qaldığını söyləyib: 

"Mövsüm mənim üçün yaxşı alındı. Zədələnmədim, 11 qol vurmuşam, 7 assist etmişəm. Təəssüf ki, komandam pley-off matçlarına vəsiqə qazana bilmədi. İndi istirahət etməyi planlaşdırıram. Hələ ki, Taylanddayam və yeni mövsümə də burada başlaya bilərəm. Mövsüm başa çatsın, gələcək təklifləri gözdən keçirəcəm. Lakin Azərbaycandan təklif almamışam. Bu barədə heç düşünməmişəm də".

Məmməd, bir müddət əvvəl “Buriram Yunayted”dən ayrılaraq “Kocaelispor”a keçən Ramil Şeydayev barədə Taylandda müzakirə getmədiyini deyib: "Düzü, Tayland mətbuatında Ramil barədə heç nə danışmırlar. "Buriram Yunayted" ikinci dövrəyə yaxşı başlayıb, yeni legionerlər gəlib. Səhv etmirəmsə, braziliyalı məhsuldar futbolçulardır, bir neçə oyundu izləyirəm onları".

Mirbağırağa
 

Xəbər xətti