Millimizin sabiq üzvü: "Xviça "Napoli"də qalmağa üstünlük verəcək"

19:39 - 3 Mart 2024

"Napoli"nin vingeri Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya oğlunun digər klublara keçəcəyi ilə bağlı çıxan şayiələrə şərh verib. 

Sportal.az xəbər verir ki, milli komandamızın da sabiq forvardı oğlunun "Napoli"də qalacağına inandığını bildirib:

"Fikrimcə, Xviça növbəti mövsümdə də "Napoli"də qalmağa üstünlük verəcək. Gələcək illərdə Neapolda qalıb-qalmayacağına isə yalnız özü qərar verə bilər. Mən onun istənilən qərarına hörmətlə yanaşacam".

Son məlumata görə, PSJ və "Barselona" futbolçunu transfer etmək istəyir. 23 yaşlı futbolçunun "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti