"Premyer Liqa oyunlarına daha çox azarkeş cəlb etmək üçün biz də şou göstərməliyik" - MÜSAHİBƏ

20:21 - 3 Mart 2024

"Kəpəz"in qapıçısı İqor Rodriqes Sportal.az saytına müsahibə verib. 

- "Kəpəz" son matçda "Sumqayıt"a qalib gəldi. Matç sizin üçün necə keçdi?

- Bu, həqiqətən də qalib gəlmək istədiyimiz oyun idi. Qələbənin bizim üçün vacib olduğunu yaxşı başa düşürdük. Şadam ki, qələbə qazanmağı bacardıq. "Sumqayıt" Azərbaycanın ən yaxşı komandalarından biridir. Bu da qələbəmizi daha da dəyərli edir.

- Maraqlıdır ki, "Kəpəz" turnir cədvəlində ikinci pillədə olan komandaya qalib gəldi. Bu, çempionatdakı rəqabəti göstərir, yoxsa "Kəpəz"in gücünü?

- Çempionat kifayət qədər rəqabətlidir. Heç də təəccüblü deyil ki, turnir cədvəlində aşağı pillələrdə olan komandalar ən yaxşı xal toplayan komandaları üstələyir. Bu da liqanın necə maraqlı keçməsini göstərir.   

- "Kəpəz" hazırda "Qəbələ"dən 11 xal öndədir. Artıq sonuncu yeri tutmaq təhlükəsini hiss etmirsiz? Demək olar ki, artıq qaldınız liqada?

- Düzdür, yaxşı üstünlüy əldə edə bildik. Amma dediyim kimi, biz öncədən oyun-oyun növbəti görüşü fikirləşirdik. Mümkün qədər çalışaraq növbəti qələbəni qazanmağa köklənmişdik. İndi də belə düşünürük. 

- Növbəti görüşünüz "Neftçi"yə qarşıdır. Bu matç və rəqib haqda fikrin necədir? Onları məğlub edə biləcəksiz?

- Çətin oyun olacağını bilirik. Çünki "Neftçi" də yaxşı komandadır. Buna görə də bu həftə oyuna mümkün qədər hazır olmaq üçün işləyəcəyik.

- Ev oyunlarınızı Qəbələdə oynamayacaqsız. "Qəbələ" klubu belə olmasını istəyib. Onların bu qərarına reaksiyan necə oldu?

- Stadionumuz hazır deyilsə, həmişə səfərdə oynamalı olacağıq. Qəbələ olmasın, başqa yer olsun. Amma əsas odur ki, azarkeşlərimiz indiyə qədər olduğu kimi gəlib bizi dəstəkləsinlər. Öz stadionumuz deyilsə, harada oynamağımızın fərqi yoxdur. 

- Ev oyunlarınızı harada keçirəcəyiniz hələ ki, bəlli deyil. Bakıda oynamaq istəyərdiz?

- İstəyimiz Gəncədə oynamaqdır. Amma bu, mümkün olmasa, heç bir nəticə verməyəcək. Belədə, harada oynamağın bizim üçün fərqi yoxdur. Hansı stadionda meydana çıxsaq da, ən yaxşısını edəcəyik.

- Maraqlıdır, Adil Şükürov nəyi dəyişdi ki, "Kəpəz" bu qədər uğurlu çıxış etməyə başladı?

- Düşünürəm ki, baş məşqçimizin oyun fəlsəfəsi oyunçularımızın xüsusiyyətlərinə daha çox uyğun gəlir. Nəticəmizlə birlikdə komanda daha inamlı oldu.

- Azərbaycan Premyer Liqasının oyunları zamanı çox azarkeş olmur. Səncə, bu nə ilə bağlıdır?

Futbolçunun ən çox xoşladığı məqamlardan biri də tam stadion önünə oynaya bilməsidir. Düşünürəm ki, daha çox azarkeş cəlb etmək üçün biz də yaxşı şou göstərməliyik. Bununla belə, fürsətdən istifadə edib azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Çünki bütün oyunları səfərdə keçirsək də, onlar bizi heç vaxt tək qoymurlar.

Mirbağırağa

Xəbər xətti