"Qarabağ"ın keçmiş forvardı Samuel Armenteros özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı isveçli hücumçu Çində oynayacaq.
Təcrübəli futbolçu bu ölkənin "Şenzen Penq Siti" klubu ilə anlaşıb.
O, 2024-cü il dekabrın 31-nə qədər Çin klubuna məxsus olacaq. Armenteros 2015/2016 mövsümündə "Qarabağ"ın formasını geyinib.
saytlarin hazirlanmasi