Azərbaycan millisi Litva ilə bacarmadı

09:34 - 4 Mart 2024

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində dördüncü matçına çıxıb. 

Sportal.az xəbər verir ki, 5-ci qrupda yer alan yığmamız Litva ilə üz-üzə gəlib. 

Bir həftə əvvəl Bakıda rəqibinə qalib gələn milli komandamız bu dəfə rəqibinə 26:41 uduzub.

Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl Şimali Makedoniya və İspaniya yığmalarına da uduzmuşdu. 

Xəbər xətti