UEFA: "Qurban Qurbanov Alonsonun iş üsulları ilə tanış olmaq üçün Leverkuzenə səfər edib"

15:34 - 4 Mart 2024

UEFA-nın rəsmi saytı "Qarabağ" və "Bayer" klubuları arasında Avropa Liqasının 1/8 final mərhələsinin Bakıda keçiriləcək ilk oyunu haqda yazıb. 

Sportal.az xəbər verir ki, Avropanın ali futbol qurumunun saytı Ağdam klubunun "Bayer"lə düşməsini həvəslə qarşılamadığını iddia edib:

"UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Bayer”ə səfərdə (1:5) və evdə (0:1) uduzmuşdu. Bu baxımdan “Qarabağ” tərəfindən Almaniya lideri ilə yeni görüş həvəssiz qarşılandı. Digər tərəfdən, Ağdam klubu ilk dəfə avrokuboklarda 1/8 finala yüksəlib və onların baş məşqçisi Qurban Qurbanov bu yaxınlarda Xabi Alonsonun iş üsulları ilə tanış olmaq üçün Leverkuzenə səfər edib".

"Qarabağ" - "Bayer" oyunu martın 7-də Bakıda, Tofiq Bəhramov adına stadionda keçiriləcək. Görüşə 21:45-də start veriləcək.
 

Xəbər xətti