İsveçdə ölkə kubokunun qrup mərhələsinin 3-cü turunun bir sıra oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” “Göteborq”la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Qurbanlı bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.
Üç turun yekunlarına görə, “Yurqorden” 9 xal toplayaraq qrupda birinci yeri tutaraq kubokun 1/4 finalına yüksəlib.
saytlarin hazirlanmasi