Qazaxıstan yığmasının üzvü Azərbaycan millisində oynayacaq? - özü açıqladı

14:49 - 4 Mart 2024

Qazaxıstanın U-17 yığmasının əslən azərbaycanlı üzvü olan Raul Allahverdiyev AFFA-nın ona olan marağına münasibət bildirib.

Sportal.az xəbər verir ki, 17 yaşlı həmyerlimiz Azərbaycan millisində deyil, Qazaxıstan yığmasında oynamaq istəyini yazıb:

“Hər kəsə salam. Dünən xəbər çıxdı ki, məni Azərbaycan millisində görmək istəyirlər. Təbii ki, bu cür diqqəti görmək xoşdur. Amma mən Qazaxıstan yığmasının üzvüyəm. 15 yaşımda “Jenis”in heyətində peşəkar futbolda debüt etmişəm. Bu klubu və Qazaxıstanı özüm üçün doğma ev hesab edirəm. Öz ölkəmin yığma komnadasına düşmək üçün əlimdən gələni edəcəm. Ona görə də, tək “Jenis”, tək Qazaxıstan!”. 
 

Xəbər xətti