"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer" klubuna qarşı Bakıda keçirəcəyi matçı idarə edəcək hakimlər briqadası açıqlanıb.
Sportal.az xəbər verir ki, görüşün baş hakimi fransalı Benua Bastiyendir.
Ona Hiçam Zakrani və Aureliyen Bartomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Pinyard yerinə yetirəcək. VAR hakimi Benua Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Görüşün hakim inspektoru bolqarıstanlı İçko Lozevdir.
"Qarabağ" - "Bayer" matçı martın 7-də Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna 21:45-də start veriləcək. Komandaların cavab matçı martın 14-də Leverkuzendə baş tutacaq.
saytlarin hazirlanmasi