"Araz-Naxçıvan"ın aparıcı futbolçusu Mohammad Kadiri Sportal.az saytına müsahibə verib.
- Son turda “Sabah”a məğlub oldunuz. Matç sizin üçün necə keçdi? Sizcə niyə məğlub oldunuz?
- Bu oyuna yaxşı hazırlaşmışdıq. Matçda da qələbə qazanmaq istəyirdik. Məncə, biz “Sabah”dan daha yaxşı oynadıq. Sadəcə yaratdığımız çoxsaylı qol şanslarından istifadə etməyi bacarmadıq. İstifadə etsəydik, fərqli olardı.
- Bu görüşdə mübahisəli epizodlar oldu. Sizcə, hakimlər “Araz-Naxçıvan”a haqsızlıq etdi?
- Hakimlik haqda danışmaq istəməzdim. Amma bircə onu deyim ki, hakim “Araz-Naxçıvan”a, “Araz-Naxçıvan”ın bəzi futbolçularına qarşı haqsızlıq etdi.
- “Zirə”yə 0:3 hesabı ilə uduzan “Araz-Naxçıvan” bu dəfə “Sabah”a 0:2 məğlub oldu. Komandada hər şey qaydasındadır? Niyə məğlub olursunuz?
- Düşünürəm ki, səhvlərimizdən nəticə çıxarıb, onları düzəldib, daha çox öyrənməliyik. Premyer Liqa başlayanda “Araz Naxçıvan”ı heç kim tanımırdı, indi hamı komandamızı tanıyır. Necə oynadığımıza da bələddirlər.
- “Araz-Naxçıvan” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Bu nəticə sizi qane edir?
- "Araz-Naxçıvan”da heç kim turnir cədvəlindəki mövqeyimizdən razı deyil. Amma bizim turnir cədvəlində yenidən yüksəlmək şansımız var. Bununu üçün heç də gec deyil. Çünki komandalar bir-birinə xal sarıdan yaxındır. Biz yenidən yüksələ bilərik.
- Növbəti turdakı rəqibiniz “Turan Tovuz”dur. Bu komanda ilə matçda qalib gələ biləcəksiniz? Bu rəqibə qarşı oyununuz cari mövsüm uğursuz alınıb...
- Biz hər matça qələbə üçün çıxırıq. Rəqibin isə kimliyinin fərqi yoxdur. “Turan Tovuz”la görüş ədə qələbə üçün çıxacağıq. Bunun üçün hər şeyi edəcəyik.
- “Araz-Naxçıvan”ın mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaq şansları nə qədərdir?
- Əlbəttə, bizim avrokuboklara vəsiqə qazanmaq şansımız var. Bilirəm ki, “Araz Naxçıvan” bunu edə bilər. Mövsümün sonuna qədər oyunlar var. Həmin matçlarda qələbə qazanaraq istəyimizə çata bilərik. İndi isə yalnız qarşıdakı “Turan Tovuz”la görüşü düşünürük. Hələ yüksəlmək şansımız var və yüksələcəyik. Bizə sadəcə 2 matçda qalib gəlmək lazımdır. Bunu bacarsaq, istədiyimiz yerlərdə olacağıq.
- Azərbaycan Premyer Liqasında oynamaq sənin üçün çox maraqlıdır?
- Mənim üçün ən birinci maraqlı olan “Araz-Naxçıvan”dır. Buradakı havanı, insanları, şəraiti də bəyənirəm, sevirəm. Azərbaycan Premyer Liqasında, “Araz-Naxçıvan”da oynadığım üçün şadam.
saytlarin hazirlanmasi