Almaniyanın "Bayer"(Leverkuzen) klubunun müdafiəçisi Conatan Tah Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı bu gün Bakıda keçiriləcək ilk oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Kicker"ə danışan almaniyalı vitse-kapitan Ağdam klubuna qarşı bu mövsüm keçirdikləri oyunu yada salıb:
"Artıq bir dəfə Bakıya uçmuşuq və bilirik ki, orada oynamaq asan olmayacaq. Keçən dəfə saat fərqini yaxşı idarə etdik. Bununla bağlı heç bir problemimiz olmayacaq. “Qarabağ” elə rəqibdir ki, onları qiymətləndirməmək olmaz. Bəli, ola bilər ki, məşhur komanda deyil. Yaxşı ki, onlarla oynamaq təcrübəmiz var".
Komandalar arasında Tofiq Bəhramov adına stadionda keçiriləcək görüş bu gün saat 21:45-də başlayacaq.
saytlarin hazirlanmasi