Futbol üzrə Türkiyənin qadınlardan ibarət milli komandasının baş məşqçisi Necla Güngör komandasının Azərbaycan, Macarıstan və İsveçrə ilə B1 qrupunda mübarizə aparacağı AVRO-2025-in seçmə mərhələsinin püşkatma mərasimini şərh edib.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan millisi barədə fikirlərini bildirib:
"Azərbaycanla çoxlu yoldaşlıq oyunları keçirmişik. Hər iki komanda bir-birini yaxşı tanıyır. Qrupdakı bütün rəqibləri təhlil edəcəyik".
AVRO-2025-in seçmə mərhələsinin oyunları aprel-iyul aylarında keçiriləcək.
saytlarin hazirlanmasi