Türkiyənin “Boluspor” klubunun hücumçusu Vüsal İsgəndərli Azərbaycan milli komandasına dəvət alıb.
Sportal.az xəbər verir ki, bu barədə “Bolu Gündem” məlumat yayıb.
28 yaşlı hücumçu FİFA-nın mini-turnirində Bakıda Monqolustan (22 mart) və Bolqarıstan (25 mart) yığmalarına qarşı keçiriləcək oyunlarda oynayacaq.
28 yaşlı futbolçu 2024-cü il yanvarın 11-də "Boluspor"a keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi