Almaniyanın "Bayer" klubunun idman direktoru Simon Rolfes Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la bu gün Bakıda keçiriləcək ilk oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, klubun veteran futbolçusu Ağdam klubuna qarşı oynayacaqları matç haqda bunları deyib:
"Bakıda bizi eyforik ab-hava gözləyir. “Qarabağ” bizə təzyiq göstərməyə çalışacaq. Onlar çempionatda dominantlıq etməyə öyrəşiblər. Biz buna hazırlaşmışıq. Bu asan olmayacaq, amma biz hazırıq. Öz oyununuzu göstərməyimiz vacib olacaq. Hədəfimiz 1/4 finala vəsiqə qazanmaqdır".