"Panatinaikos"un rusiyalı qapıçısı Yuri Lodıqin "Qarabağ"ın qolkiperi Andrey Lunyovun çıxışına toxunub.
Sportal.az xəbər verir ki, "championat.com"a açıqlama verən təcrübəli futbolçu Ağdam klubunun üzvü barədə danışıb:
"Andrey Lunyov hazırda qapıçı kimi çox yüksək səviyyədədir. “Qarabağ”ın Avropa Liqasının növbəti mərhələsinə yüksəlməsi də böyük üstünlükdür. Ola bilsin ki, keçmiş komandası olan “Bayer”ə qarşı düzgün işlədi və komandasını daha da irəli apardı. Lunyovun yenidən oynadığını görmək xoşdur. Almaniyada çətin mövsümlər keçirdi, təcrübə qazandı. Milli komandaya dəvət edilməsi onu göstərir ki, Andrey çox yaxşı yoldadır".
Rusiya millisinin sabiq qapıçısı “Ksanti”, “Zenit”, “Olimpiakos”, “Qaziantep”, “Arsenal”(Tula), “PAS Giannina” klublarında oynayıb.
saytlarin hazirlanmasi