Selçuk İnan Super Liqaya qayıdır

17:58 - 7 Mart 2024

Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Selçuk İnan çalışdıracaq. Bu barədə "Ajansspor" məlumat yayıb.

Tərəflər arasında razılıq əldə olunub. Qısa müddət ərzində rəsmi açıqlamanın ediləcəyi gözlənilir.

"Qaziantep" dünən baş məşqçi Marius Şumudika ilə yollarını ayırıb.

Qeyd edək ki, Selçuk İnan "Qalatasaray"da köməkçi məşqçi, "Kasımpaşa"da isə baş məşqçi kimi çalışıb.

Xəbər xətti