Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə oyununun ikinci hissəsində zədələnərək meydanı vaxtından əvvəl tərk edən “Qarabağ”ın forvardı Juninyonun durumu hələ ki, dəqiqləşməyib.
Sportal.az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin verdiyi məlumata görə, braziliyalı forvard ilkin müayinə edilib.
Amma onun MRT müayinəsinin edilməsi qərara alınıb.
Sabah təxminən 17:00-18:00 radələrində forvard müayinə ediləcək və dəqiq qiaqnoz qoyulacaq. Onun “Bayer”lə Leverkuzendə martın 17-də keçiriləcək görüşdə oynayıb-oynamayacağı da məhz bundan sonra dəqiqləşəcək.
saytlarin hazirlanmasi