"Mançester Yunayted"in forvardı ən yaxşı seçildi

15:51 - 8 Mart 2024

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu bəlli olub.

Sportal.az xəbər verir ki, bu ada “Mançester Yunayted”in forvardı Rasmus Heylunn layiq görülüb.

Ötən ay danimarkalı forvard 4 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Heylunn bu ada layiq görülmüş ilk danimarkalıdır.

Xəbər xətti