İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi açıqlanıb.
Sportal.az xəbər verir ki, "Arsenal"ın çalışdırıcısı Mikel Arteta bu ada layiq görülüb.
41 yaşlı ispan mütəxəssislə yanaşı, Xosep Qvardiola (“Mançester Siti”) və Erik ten Haq (“Mançester Yunayted”) da mükafata namizəd idi.
Fevralda “Arsenal” dörd matçda dörd qələbə qazanıb (top fərqi +16). Mikel Artetanın komandası İngiltərə Premyer Liqasının turnir cədvəlində lider "Liverpul"dan iki xal geri qalaraq üçüncü yerdədir.
saytlarin hazirlanmasi