Almaniyanın “Bayer”(Leverkuzen) klubunun kapitanı Conatan Tah Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”a qarşı Bakıda keçirdikləri ilk oyunu (2:2) şərh edib.
Sportal.az xəbər verir ki, “Kicker”ə açıqlama verən almaniyalı müdafiəçi Ağdam klubu ilə görüş barədə belə danışıb:
"Bu görüş bizim üçün çətin oldu. İlk hissədə problemlər yaşadıq, o qədər də yaxşı oynamadıq. İkinci hissəyə fərqli ab-havada qayıtdıq və daha yaxşı oynadıq. “Qarabağ”la görüşdə məğlubiyyətdən qaça bildiyimiz üçün şadam. Bu görüş qrup mərhələsində olanlardan daha çətin keçdi. Pley-off matçları adətən fərqli olur. Qarşıda bizi ev görüşü gözləyir. Düşünürəm ki, Leverkuzendə fərqli olacaq, daha inamlı oynayacağıq. Növbəti mərhələyə yüksəlmək istəyirik”.
Leverkuzen klubunun üzvü “Qarabağ”ın futbolçularının səviyyəsi barədə bunu deyib: “Qarabağ”da çox yaxşı oyunçular var. Müdafiə oyunçusu kimi bütün matç boyu Juninyoya qarşı oynadım. Ona qarşı oynamaq çox çətin idi. Abdullah Zubir və Marko Yankoviçi də qeyd edərdim. Onlar özlərinə inanırlar, inamlı və kifayət qədər aqressiv oynayırlar".
Qeyd edək ki, "Bayer" - "Qarabağ" matçı martın 14-də Leverkuzendə keçiriləcək.
saytlarin hazirlanmasi