Bir aya yaxındır ki, xəstəxanada müalicə alan Azərbaycan milli komandasının sabiq hücumçusu Vadim Vasilyevin səhhəti yaxşılaşıb.
Sportal.az xəbər verir ki, millimizin keçmiş forvardı buna görə də evə buraxılıb.
Qeyd edək ki, 51 yaşlı fevralın 10-da insult keçirərək xəstəxanaya yerləşdirilmişdi.
Vadim Vasilyev “Bakı Fəhləsi”, “Neftçi”, “Tavriya”, “Qarabağ”(Ağdam), “Bakı”, “Olimpik”(Bakı”), “Karvan” klublarında oynayıb.
saytlarin hazirlanmasi