“Neftçi” Azərbaycan Premyer Liqasının 26-cı turunun “Kəpəz”lə oyununa itkilərlə çıxacaq.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi ilə görüşü Azər Əliyev, Emil Balayev və yarımmüdafiəçi Ataa Caber buraxacaqlar.
Bununla yanaşı, “ağ-qaralar” üçün sevindirici xəbər Azər Əliyevdən gəlib. Hazırda fərdi qaydada məşq edən Əliyev gələn həftədən ümumi qrupla məşqlərə qayıda bilər. Balayev və Caberin müalicəsi isə davam edir.
saytlarin hazirlanmasi