Türkiyə mətbuatı Ramilin effektsizliyi haqda: "Azarkeşlərin səbri artıq tükənir"

15:17 - 9 Mart 2024

Türkiyə mətbuatı “Kocaelispor”a yeni gələn futbolçuların, o cümlədən Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin zəif çıxışından yazıb.

Sportal.az xəbər verir ki, “Demokrat Kocaeli” portalı 28 yaşlı hücumçunun son qolunu hələ ötən ilin avqustunda Taylandın “Buriram Yunayted”də çıxış edərkən vurduğunu diqqətə çatdırıb:

“Bu qış kluba keçən daha bir yeni oyunçu, gürcü hücumçu Davit Sxirtladze sonuncu dəfə dekabrda qol vurub. Ramil Şeydayev də, həmçinin. Onların hər ikisi hələ nəinki qol vura bilməyib, heç assist edə bilməyib. Azarkeşlərin səbri artıq tükənir”.

Ramil yanvarın bu il yanvarın 17-də "Kocaelispor"la müqavilə imzalayıb. O, 2025-ci il iyunun 30-na qədər Türkiyə klubuna məxsusdur.

Xəbər xətti