"Mançester Yunayted"dən "Borussiya"ya

15:35 - 9 Mart 2024

“Xetafe”nin hücumçusu Meyson Qrinvud Almaniyaya yollana bilər.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan ingilis futbolçu “Borussiya”dan təklif alıb.

Qrinvud bu mövsüm “Xetafe”də 26 oyuna 8 qol vurub, 5 assist edib.

22 yaşlı hücumçunun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti