Premyer Liqanın 26-cı turunda "Kəpəz" Tovuz şəhər stadionunda "Neftçi"ni qəbul edir.
Bu matçda "Kəpəz" azarkeşlərindən biri polislər tərəfindən arenadan uzaqlaşdırılıb.
Sportal.az saytının stadionda olan əməkdaşının verdiyi məlumata görə, buna səbəb "Kəpəz" fanatının AFFA nümayəndəsi ilə mübahisə etməsi olub.
Belə ki, gəncəli azarkeşlə matçın AFFA nümayəndəsi Məmmədəli Məmmədovla arasında narazılıq yaşanıb. Qarşılıqlı söz atışmasından və mübahisə etməsindən sonra, hadisənin daha da böyüməməsi üçün polislər fanatı tribunadan kənarlaşdırıb.
saytlarin hazirlanmasi