İstanbul klubunun yeni baş məşqçisi açıqlandı

20:55 - 11 Mart 2024

Türkiyənin "Fatih Karagümrük" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki. Super Liqa təmsilçisini Tolunay Kafkas çalışdıracaq. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

"Fatih Karagümrük" dünən Şota Arveladze ilə yollarını ayırmışdı.

Qeyd edək ki, Tolunay Kafkas son olaraq "Ankaragücü"nün baş məşqçisi olub.

Xəbər xətti