"Fənərbaxça"da ciddi itki: "Trabzonspor"a qarşı oynamayacaq

12:31 - 16 Mart 2024

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Mert Hakan Yandaş sıradan çıxıb.

29 yaşlı futbolçu Konfrans Liqasının "Yunion Sent-Jilluaz"la matçında (0:1) zədələnib. Təcrübəli oyunçu sabah "Trabzonspor"la keçiriləcək görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Mert Hakan Yandaş bu mövsüm"Fənərbaxça"nın heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti