Türkiyə millisində ciddi itki

19:31 - 23 Mart 2024

Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Rıdvan Yılmaz sıradan çıxıb. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu Türkiyə yığmasının Macarıstanla keçirdiyi yoldaşlıq oyununda (0:1) ayaq əzələsindən zədə alıb. "Reyncers"in müdafiəçisi millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, Türkiyə seçməsi 25 mart tarixində Avstriya ilə hazırlıq matçı keçirəcək.

Xəbər xətti