"Fənərbaxça" "Qalatasaray"la Super Kubok matçına U-19 komandası ilə çıxacaq

20:11 - 3 Aprel 2024

"Fənərbaxça" "Qalatasaray"la keçiriləcək Super Kubok matçına U-19 komandası ilə çıxacaq.

Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erol Bilecik açıqlamasında məlumat verib. O, Türkiyə Futbol Federasiyasına (TFF) məktub yolladıqlarını bildirib:

"Super Kubok matçı üçün TFF-yə yazı göndərdik. Uyğun bir tarixə salınmasa, və əcnəbi hakim olmasa, oyuna U-19 komandamızla çıxacağıq".

Qeyd edək ki, Türkiyə Super Kuboku görüşü 7 aprel tarixində Şanlıurfa şəhərində baş tutmalıdır.

Xəbər xətti