Türkiyə Super Kuboku matçının hakimləri bilindi

19:30 - 4 Aprel 2024

Türkiyə Super Kuboku matçının hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, son çempion "Qalatasaray"la ölkə kubokunun qalibi "Fənərbaxça"nın üz-üzə gələcəyi görüşü Volkan Bayarslan idarə edəcək. B u barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.

Yan xətt hakimləri Serkan Ok və Serkan Olquncan olacaq. Dördüncü hakim funksiyasını Burak Şeker yerinə yetirəcək.

"Qalatasaray" - "Fənərbaxça" qarşılaşması 7 aprel tarixində, Bakı vaxtilə saat 21:30-da Şanlıurfa şəhərində baş tutacaq.

Xəbər xətti