"Beşiktaş"ın baş məşqçisi postuna 3 namizəd - Qurban Qurbanov da var

13:31 - 7 Aprel 2024

"Beşiktaş" mövsümün sonunda baş məşqçi Fernando Santosla yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi yeni mövsümdə komandanın baş məşqçisi postu üçün yekun siyahını müəyyənləşdirib. Hazırda üç namizəd var.

Onlardan biri "Qarabağ"ı çalışdıran Qurban Qurbanovdur. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Digər namizədlər isə ətən ay "Volfsburq"dan ayrılan Niko Kovaç və mövsümün sonunda "Borussiya"nı tərk edəcək Edin Terziçdir.

Klub rəhbərliyi bu üç mütəxəssis arasında seçim etdikdən sonra danışıqlara başlayacaq.

Xəbər xətti