Türkiyə çempionu olmuş komanda III Liqaya düşdü

18:10 - 7 Aprel 2024

Türkiyə II Liqasında mübarizə aparan "Bursaspor" III Liqaya düşüb.

Sportal.az xəbər verir ki, "timsahlar" bu gün çempionatın 32-cü turunda doğma meydanda "Hekimoğlu Trabzon"a 1:2 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra "Bursaspor"un III Liqada düşməsi rəsmiləşib. "Ağ-yaşıllar" mövsümün bitməsinə 5 tur qalmış 15-ci pillədəki "Afjet Afyonspor"dan 15 xal geridədir.

Qeyd edək ki, "Bursaspor" 2009/10 mövsümündə Türkiyə çempionu olub.

Xəbər xətti