"Fənərbaxça" meydanı tərk etdi, kubok "Qalatasaray"ın oldu

23:20 - 7 Aprel 2024

Bu gün Türkiyə Super Kuboku matçı keçirilib.

Sportal.az xəbər verir ki, son ölkə çempionu "Qalatasaray"la Türkiyə Kubokunun qalibi "Fənərbaxça" üz-üzə gəlib. Görüş yarımçıq dayandırılıb.

"Fənərbaxça" matça U-19 komandası ilə çıxıb. 1-ci dəqiqədə "Qalatasaray" Mauro İkardinin qolu ilə hesabı açıb. Bundan sonra "Fənərbaxça" futbolçuları meydanı tərk edib.

Hakim qarşılaşmanı dayandırıb və "Qalatasaray" qalib elan olunub.

Xəbər xətti