"Bavariya" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Arsenal"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, vacib görüşdən öncə Münhen təmsilçisinin zədıli futbolçuları komandaya qoşulub. Manuel Noyer, Kinqsli Koman, Leroy Sane, Nussair Mazraui və Aleksandr Pavloviç London səfərində komandaya kömək edə biləcək.
Saşa Boe və Buna Sarrın zədəsi isə davam edir.
Qeyd edək ki, "Arsenal" - "Bavariya" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
saytlarin hazirlanmasi