"Fənərbaxça" Yunanıstana 3 itki ilə yollandı

15:39 - 10 Aprel 2024

"Fənərbaxça" Avropa Konfrans Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Olimpiakos"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Yunanıstana ciddi itkilərlə yollanıb.

Coşua Konq, Mert Hakan Yandaş və Aleksander Ciku zədəlidir. Hər üç futbolçu səfərə yollanan heyətə daxil edilməyib.

Əvəzində Fred, İsmail Yüksek və Mişi Batşuayi zədələrini sağaldıb və komanda ilə birlikdədir.

Qeyd edək ki, "Olimpiako" - "Fənərbaxça" qarşılaşması sabah Bakı vaxtilə saat 20:45-də start götürəcək.

Xəbər xətti