“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqası tarixinə düşüb.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis turnir tarixində 200 oyun keçirən ilk baş məşqçi olub. Ançelotti buna ötən gecə “Mançester Siti”yə qarşı keçirdiyi matçda (3:3) nail olub.
Karlo Ançelotti baş məşqçi kimi 200 oyunda 115 qələbə qazanıb, 43 heç-heçə edib və 42 dəfə uduzub.
Çempionlar Liqasında ikinci ən çox oyun keçirən məşqçi "Mançester Yunayted"in əfsanəso Aleks Ferqüsondur. Onun aktivində 190 oyun var. Arsen Venger (184) ikinci, Pep Qvardiola (170) dördüncü, Joze Mourinyo (151) isə beşincidir.
saytlarin hazirlanmasi