Ramil Şeydayevin komandasına ağır cəza verildi

19:33 - 10 Aprel 2024

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor"a ağır cəza verib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi növbəti ev oyununu azarkeşsiz keçirəcək. Bundan əlavə klub 112 min TL məbəğində cərimələnib.

"Kocaelsipor"un cəzaya məruz qalmasının səbəbi "Göztepe" ilə matçda azarkeşlərin davranışları olub.

Qeyd edək ki, "Kocaelispor" I Liqada 29 turdan sonra 49 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti