Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı seçilmək üçün 4 futbolçu mübarizə aparacaq. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bunlar "Arsenal"dan Martin Odeqar, "Mançester Siti"dən Fil Foden, "Barselona"dan Rafinya və "Atletiko"dan Antuan Qrizmanndır. Qalibin adına UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.
saytlarin hazirlanmasi