"Barselona" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə PSJ-ni 3:2 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi matçdan sonra açıqlama verib. İspaniyalı mütəxəssis PSJ-nin hələ də cütün favoriti olduğunu bildirib:
"Dünyanın ən yaxşı komandalarından birini məğlub etdik. Amma sakit qalmalıyıq. PSJ hələ də cütün favoritidir. Barselonada qələbə qazanmaq çətin olacaq. Çempionlar Liqasında son dönəmdə çətin illər keçirdik. Bu qələbə "Barsa"nın hələ həyatda olduğunu göstərir".
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 16 aprel tarixində İspaniyada baş tutacaq.
saytlarin hazirlanmasi