"Bavariya"nın futbolçusu Harri Keyn Çempionlar Liqası haqda açıqlama verib.
Sportal.az xəbər verir ki, ingilis hücumçu turnirin qalibi olmaq istədiklərini bildirib:
"Bundesliqa və Almaniya Kubokundakı performansımıza baxsaq, bu mövsüm bizim üçün istədiyimiz kimi keçmir. Bu, Çempionlar Liqasını daha önəmli edir. Turnirin qalibi olmaq istəyirik. Amma hələ gediləcək çox yolumuz var".
Qeyd edək ki, "Bavariya" 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində ilk oyunda səfərdə "Arsenal"la 2:2 hesablı heç-heçə edib. Komandalar arasında cavab görüşü 17 aprel tarixində Almaniyada keçiriləcək.
saytlarin hazirlanmasi