Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, PSJ-nin futbolçusu Usman Dembele həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Fransalı vinger PSJ-nin "Barselona"nı 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada 1 qol vurub. 26 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda "Borussiya"dan Yulian Brandt, "Bavariya"dan Yozua Kimmix və "Real"dan Federiko Valverdeni qabaqlayıb.
saytlarin hazirlanmasi