İspaniya milli komandasının üzvü Naço Fernandes "Real"da qalmayacaq.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Madrid klubunu tərk etdikdən sonra İtaliyaya yollanacaq.
Belə ki, "İnter" onunla yaxından maraqlanır və şifahi razılıq əldə edilib.
"Real"ın yetirməs olan müdafiəçi 355 oyuna çıxıb, 16 qol vurub və 9 asist edib. Naço "kral klubu"nun yeni müqavilə təklifinə baxmayaraq, razılıq verməyib.
İspaniyalı 2012-ci ildən "Real"ın əsas komandasında oynayır.
saytlarin hazirlanmasi