"Bu mövsüm hədəfimiz avrokuboklar deyildi"

13:34 - 21 Aprel 2024

"Kəpəz"lə matça üç xal üçün çıxmışdıq. İlk hissə istədiyimiz kimi olmadı. Ancaq ikinci hissə üç qol vurub geridönüş etməyi bacardıq. Amma son saniyələrdə diqqətsizlikdən qol buraxdıq. İki xalı itirdik. Futboldur da, hələ heç nə bitməyib. Qarşıda altı turumuz var, şans da qalıb. Sona qədər mübarizə aparacağıq. "Kəpəz" sonuncu pillələrdə olsa da, yeni baş məşqçisi gələndən sonra yaxşı oyun nümayiş etdirirlər. Yaxşı nəticələr qazanırlar. Onlarla görüşün ikinci hissəsində oyunumuzu tapdıq, oynadıq və üç qol vurduq. Lakin diqqətsizlikdən üçüncü qolu buraxdıq. Yalnız diqqətsizliyə bağlayıram".

Bu sözləri Sportal.az saytıına açıqlamasında "Səbail"in müdafiəçisi Adil Nağıyev deyib.

Bayıl təmsilçisinin müdafiəçisi Premyer Liqanın 30-cu turunda qarşılaşdıqları "Kəpəz"lə (3:3) görüşü dəyərləndirib. Bununla yanaşı, o, bu gün "Araz-Naxçıvan"la matçdan gözləntilərini bölüşüb:

"Heç bir oyunda rahatlıqla qələbə qazanmaq olmur. "Araz-Naxçıvan"a yeni təcrübəli məşqçi gəlib. Komandaya yeni nəfəs verir. Çətin oyun olacaq. Hər iki komanda üçün asan olmayacaq. Qələbə qazanmaq üçün vuruşacağıq. İnanıram ki, yaxşı olacaq. Bu mövsüm hədəfimiz avrokuboklar deyildi. Daha da yuxarı pillələrə qalxaraq, orada möhkəmlənmək istəyirik. Sadəcə yaxşı oyun və nəticələr göstəririk deyə, niyə də Avropada ölkəmizi təmsil etməyək? Son tura qədər şansımızın arxasınca gedəcəyik".

Mirbağırağa

Xəbər xətti