"Napoli" istədiyi forvardı Fransada tapdı

13:49 - 21 Aprel 2024

"Napoli" heyətini yeni forvardla gücləndirməyi planlaşdırır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, son İtaliya çempionu "Lill"in hücumçusu Conatan Davidin transferini yekunlaşdırmaq üzrədir.

Tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Neapol klubunun kanadalı hücumçu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir. 

David bu mövsüm "Lill"in heyətində 41 oyuna çıxıb, 23 qol vurub və 7 asist edib.

Forvardın Fransa klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. 

Xəbər xətti