"Kəpəz" Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında "Sabah"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azarkeşlərimizə təşəkkür edirəm. Qələbə qazanıb işimizi tam olaraq rəsmiləşdirmək istəyirdik. Bu gün alınmadı. Ümid edirəm ki, növbəti matçlarda məsəsələni tam olaraq həll edə bilərik.
- Qaşıdakı 5 oyunun hamısında məğlub olsaz, "Qəbələ" isə bütün matçlarda qalib gəlsə, Premyer Liqanı tərk edəcəksiz. Sizcə, bu, mümkündür?
- Futbolda hər şey ola bilər. Biz kiminsə uduzmağını gözləməli deyilik. Əsas öz oyunumuzdur.
- Cavad Kərimov azarkeşlərə əl ilə jest etdi. Onunla söhbət edəcəksiz?
- Hər kəs istəklidir. Cavad gənc oyunçudur, stresli oyunlara hazır olmalıdır. Onunla danışıb tədbir görəcəyik.
- Qol epizodlarını dəyərləndirə bilməməyiniz nə ilə bağlıdır?
- Bu, futboldur. Alınmayanda alınmır. Futbolçuların heç birində məsuliyyətsizlikdən söhbət gedə bilməz. Onların hər birinə güvənirəm.
- "Kəpəz" sanki aqressiv oynamırdı. Bu, yorğunluqla bağlı ola bilər?
- Biz öz oyunumuzu oynamalı və xallarımızı qazanmalıyıq. Aqressivlik deyəndə, bilmirəm nəyi nəzərdə tutursuz. Deyə bilərəm ki, tam olaraq üstün futbol oynadıq. Təəssüf ki, şanslarda istifadə edə bilmədik.
- "Kəpəz"ə yeni mövsümdə yeni sponsor gələcəyi deyilir. Əgər bu baş versə, avrokuboklar uğrunda oynayacaqsız?
- Gözləyək görək necə olacaq. Davamlı olaraq hədəf olmalıdır. Biz köklü klubuq. Komanda olaraq borcumuzdur ki, hədəfləri dəyişək. Sponsor məsələsi tam olaraq öz həllini tapandan sonra bu barədə daha ətraflı danışa bilərik. Futbolçuların əksəriyyətinin müqaviləsi bitir. Onlarda danışıq aparmalıyıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi