"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu “ÇFR Kluj”un maraq dairəsindədir.
Bu barədə “sportmedia.ro” saytı xəbər yayıb. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, “ÇFR Kluj”un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmin komandada başlayacaq:
"Məncə, Dan Petresku Matiası geri qaytarmaq üçün bütün gücünü səfərbər edəcək. O, “Kluj”a baş məşqçi təyin edilərsə, ilk transfer Yuri olacaq".
Qeyd edək ki, “Neftçi” Yuri Matiası yayda məhz “Kluj”dan transfer edib. Onun “ağ-qaralar”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi