Ukrayna mətbuatında "Polesye" klubunun hazırkı idman direktoru Dario Drudinin vaxtilə ölkə çempionatına cəlb etdiyi 10 ən yaxşı futbolçunu müəyyənləşdirib.
Sportal.az "Спорт.ua" portalına istinadən xəbər verir ki, ukraynalı həmkarlarımız həmin siyahıya "Səbail"in bosniyalı müdafiəçisi Adi Mehremiçin adını da daxil edərək bu cür yazıb:
"Məhz "Karpatı"da Adi Mehremiç böyük inkişaf etdi. 2018/2019 mövsümündə UPL-də 25 oyun keçirdi, lakin mövsümün sonunda oyunçunun “Karpatı” rəhbərliyi ilə münasibətləri gərginləşdi, buna maliyyə problemləri səbəb oldu. Nəhayət, klubun bosniyalını saxlamaq istəyinə baxmayaraq, Lvov təmsilçisi legionerlə müqaviləni yeniləyə bilmədi və 2019-cu ilin yayında o, azad agent kimi Portuqaliyanın “Aveş” klubuna keçdi. O vaxtdan Mehremiç Polşa, İsrail və Türkiyədə də çıxış etməyi bacarıb, ötən yaydan isə Azərbaycanın “Səbail” klubunda oynayır".
Qeyd edək ki, Mehremiç mövsümün əvvəlində "Səbail"lə 1,5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi