"Feyenoord"un forvardı Santyaqo Ximenes "Arsenal"a keçməyə hazırlaşır.
Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, London klubunun planı asan başa gəlməyəcək.
Buna səbəb odur ki, Ximenesin xidmətində “Atletiko” və “Yuventus” da maraqlıdır.
Meksika millisinin üzvü özü də karyerasında yeni mərhələyə başlamağa hazırdır. Niderland çempionatında bu mövsüm 29 matçda 21 qol vuran 2022-ci il iyulun 29-dan “Feyenoord”un formasını geyinir.
O, 2027-ci il iyunun 30-na qədər Rotterdam təmsilçisinə məxsusdur. O, bundan əvvəl “Krus Azul”da oynayıb.
saytlarin hazirlanmasi