"Milan" yeni mövsümə fərqli baş məşqçi ilə başlaya bilər.
Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, “rossonyerlər” Stefano Pioli ilə yollarını yayda ayıracaq.
İtaliya nəhənginin rəhbərliyi təcrübəli mütəxəssislə bağlı fikirlərini dəyişməyib.
"Milan" artıq yeni baş məşqçi axtarışına çıxıb.
58 yaşlı futbolçunun “Milan”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Bundan qabaq isə o, “Fiorentina”, “İnter”, “Latsio”, “Bolonya”, “Palermo”, “Kyevo”, “Sassuola”, “Pyaçentsa” klublarında işləyib.
saytlarin hazirlanmasi