Fransa millisinin forvardı Antuan Qrizmannın yeni mövsümə hansı komandada başlayacağı hələ ki, bəlli deyil.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Atletiko" təcrübəli forvardın müqavilə müddətini artırmaqda israrlıdır.
Lakin Antuanın xidmətində maraqlı olan klublar var. Belə ki, PSJ, "Mançester Yunayted" və "İnter Mayami" Qrizmann üçün hərəkətə keçib.
Həlledici qərarı futbolçunu özü verəcək. Onun "Atletiko" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
33 yaşlı futbolçu bu mövsüm 42 oyunda 21 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi